Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu həlak olub.

Leqal.info xəbər verir ki, o, martın 22-də xidmət keçdiyi Kəlbəcər rayonundakı “N” saylı hərbi hissədə vəfat edib.

Sosial şəbəkələrdə yayılan ilkin məlumata görə, İ. Zöhrabov sözügedən hissədə güllə yarası alıb.

Onun nəşi bu gün doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib və torpağa tapşırılıb.

Qeyd edək ki, İlkin Zöhrabov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.