İyunun 18-də Daşkəsəndə baş vermiş ağır yol qəzasında yaralanan vəzifəli şəxs vəfat edib.

Leqal.info Lent.az-a istinadən xəbər verir ki, həmin gün Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində "Hundai Sonata" ilə "Niva" markalı avtomobilın toqquşması nəticəsində ağır xəsarət alan Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlu 2 aya yaxın davam edən müalicə prosesinə baxmayaraq vəfat edib.

Qeyd edək ki, F.Cəfərli hadisə vaxtı “Niva”nın sükanı arxasında olub. Hadisə vaxtı maşında onun yaxın dostu YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğlu ilə onun həyat yoldaşı, gəlini və nəvələri də olub.
Azərbaycanda dəhşətli qəzaya düşən vəzifəli şəxs öldü