Bakıda səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus Sergey Xrianın idarə etdiyi “Skoda” markalı, 004 D 042 dövlət qeydiyyat nişanlı avtomobil Bakışəhər sakini Orxan Şirinovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info