Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).

Leqal.info haqqin.az-a istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxıb. Belə ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyib. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verib.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmayıb və bu qorxmazlığı ilə əslində daşıdığı insanları xilas edib.

VİDEO