Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 sutkalıq həbs cəzası alıb.

“Leqal.info” haqqin.az-a istinadən xəbər verir ki, Ağdaş rayon məhkəməsi ötən gün törətdiyi qəzadan sonra Həsənovun inzibati həbsi ilə bağlı qərar çıxarıb.

Bundan başqa, məhkəmə İ.Həsənovun iki il müddətinə sürücülük hüququndan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, məmur oğlu 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib. Qəza törədən zaman Həsənov içkili vəziyyətdə olub.