Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

“Leqal.info”
Report-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub.

Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.