Bakıda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda Valeh Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info