Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

03 oktyabr 2017 - 16:07

Bakıda doğranmış halda meyiti aşkar edilən kişinin əli tapılıb

Bir müddət əvvəl Bakıda doğranmış vəziyyətdə aşkar edilən kişinin əli tapılıb.

Leqal.info xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hissələrə parçalanmış kişi meyitinin sağ əli (dirsəkdən aşağı) Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilib.

Artıq onun barmaq izləri və dırnaqları götürülüb.

Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Tapılmış kişi meyiti hissələrə bölünmüş vəziyyətdə olub. Onun başı və ayaqları bir neçə gün sonra tapılıb, əlləri isə tapılmamışdı..

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları meyitin baş hissəsinin fotoşəkilini də yayıb. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.
Oxunma sayı:163

PAYLAŞ:


Açar sözlər:Bakıda doğranmış halda meyiti aşkar edilən kişinin əli tapılıb

Bağla X