Bu gecə baş verən atışma zamanı “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov öldürülüb.

Leqal.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Etibar Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatla bağlı gün ərzində rəsmi məlumat yayılacaq.

Qeyd edək ki, bu gecə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində avtoritetin həbs olunması üçün əməliyyat keçirilib. Bu zaman tərəflər arasında atışma baş verib.

09:11

***


Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Leqal.info xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.