Rusiyanın Sankt-Peterburq şəhərində iş adamının oğlu olduğu ehtimal edilən 20 yaşlı şəxs yolda baş verən mübahisə zəminində adam bıçaqlayıb.

Leqal.info-nun AzNews.az-a istinadən xəbər verir ki, 20 yaşlı oğlan Land Rover markalı avtomobili idarə edərkən qarşıdan gələn maşının sürücücü ilə yolda baş verən mübahisə zəminində ona bıçaqla xəsarətlər yetirib.

İnsident dekabrın 25-də Oktyabr döngəsində baş verib.

Yaralı şəxs döş qəfəsi, qarnı, sağ çiynindən aldığı çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.