Azərbaycanda mağazadan külli miqdarda dəyəri olan tütün məmulatları oğurlanıb.

Leqal.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Zərdab rayonunda baş verib. Rayon ərazisində yerləşən və Azər Əliyevə məxsus olan mağazadan 70 min manatlıq siqaret naməlum şəraitdə oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun rayon sakinləri Mail Əsgərov və Abdulla Kərimov tutulub.

Faktla bağlı cinayət işi açılıb.