"Hazırda Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir".

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

“Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, - deyə M.Ağayev vurğulayıb.
Heydər Əliyev prospektində qəza olub
Heydər Əliyev prospektində qəza olub