Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

“Qafqazinfo” DTX-yə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

E.Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu