Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərib.