Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Hüseynov Rövşən Aydın oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Hüseynov Emil Aydın oğlunun üzərinə və əşyalarına baxış keçirilən zamanı sağ ayağında olan corabın içərisində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Məhkum qardaşa mobil telefon ötürmək cəhdi baş tutmadı
Məhkum qardaşa mobil telefon ötürmək cəhdi baş tutmadı
Məhkum qardaşa mobil telefon ötürmək cəhdi baş tutmadı