Astara rayonunda güclü təsiredici dərman preparatlarının satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, "güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışı ilə məşğul olan Astara şəhər sakini olan bir qadın saxlanılıb. Davam edən tədbirlərlə onun yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb.

Bundan başqa saxlanılan şəxsin İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsir edən dərman preparatlarını satış məqsədilə əldə edərək fərdi yaşayış evinin həyətindəki tikilidə saxladığı müəyyən edilib. Onun barəsində Astara rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.