16:03 - Gənc jurnalist Parlament Seçkilərində iştirak edəcək - Foto
21:24 - Milli Məclisin deputatı Yevda Abramov - vəfat etdi
18:40 - Hesablama Palatası DSMF-də yoxlama apardı
17:27 - Gömrük-sərhəd keçid məntəqələrində "Elektron növbə" layihəsinin tətbiqinə başlanılıb
14:24 - Habil Vəliyev azadlığa buraxılıb
11:43 - YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək - Əli Əhmədov
23:48 - Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır - Azərbaycan Prezidenti
23:43 - Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar - Prezident
18:18 - Prezident İlham Əliyev Şamaxıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
16:56 - YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırır - Əli Əhmədov
16:37 - Prezident Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi - SƏRƏNCAM
Mahmudovun ortağının məhkəməsi başladı - 30 milyonluq cinayət
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən Sahib Ağayevin məhkəməsi keçirilib.
Leqal.info-nun "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub.
Hakim bildirib ki, cinayət işində dövlət sirri olduğu üçün proses qapalı keçiriləcək. Buna görə jurnalistlər zaldan çıxarılıb. Daha sonra məhkəmə davam etdirilib.
Bu işdə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi zərərçəkmiş kimi tanınıb. Hər iki qurum S. Ağayev tərəfindən dəyən zərərin ödənilməsi üçün mülki iddia qaldırıb.
İttihama görə, S.Ağayev 30 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.
Ağayev keçmiş nazir Eldar Mahmudovun iş ortağı olub və bu işlə bağlı E.Mahmudov istintaqa şahid kimi ifadə verib.
Mətbuatda yayılan məlumata görə, S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.
Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada ittiham edilir.