Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.

“Leqal.info”nun “Report”a istinadən xəbərinə görə, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.