Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Leqal.info-ya verilən məlumata görə, dekabrın 20-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.