Leqal.Info

SON DƏQİQƏ

Tanınmış jurnalist Şəfəq Ağacan həbs olundu - Narkotik satarkən

Tanınmış jurnalist Şəfəq Ağacan həbs olundu
3-05-2019, 11:00 48 693 dəfə baxılıb

Şəfəq Ağacan narkotik satarkən həbs edildi

Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub.

ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


www.leqal.info

Teqlər: Şəfəq Ağacan, Baku Press

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI