Leqal.Info

SON DƏQİQƏ

"Təbrik" şadlıq sarayında müştərini bıçaqlayan ofisiantın - ibtidai istintaqı başa çatıb

21-05-2019, 10:25 36 562 dəfə baxılıb

Bakıda restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Elşən Seyidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Leqal.info"nun xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakının Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü E.Seyidzadə 1981-ci il təvəllüdlü Rəcəb Muradovla mübahisə edib. Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.


www.leqal.info

Teqlər: Təbrik şadlıq sarayı, bıçaqlanma hadisəsi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI