Leqal.Info

SON DƏQİQƏ

"Qanuni oğru"nun qardaşı və digərləri barədə hökmdən - şikayət verilib

17-06-2019, 16:39 84 826 dəfə baxılıb

Kriminal avtoritetin qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və protest verilib.

Leqal.info-nun xəbərinə görə, şikayət və protestə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiya baxacaq.

Baxış iclası iyunun 19-da keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik saxlama), 228-ci (qanunsuz silah gəzdirmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Xatırladaq ki, Rüfət Əmirov kriminal aləmdə “Rafət Əlibayramlinski” kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.


www.leqal.info

Teqlər: Bakı Apellyasiya Məhkəməsi, Qanuni oğru

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI