Leqal.Info

SON DƏQİQƏ

Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb, onlardan biri Azərbaycana qaçmağa cəhd edib

Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb, onlardan biri Azərbaycana qaçmağa cəhd edib
5-07-2019, 17:42 81 684 dəfə baxılıb

Gürcüstanda son iki gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 10 nəfər saxlanılıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

“Oscar”, “Ələsgər”, “Xomeyni” və müxtəlif ləqəbli digər şəxslər Batumi, Mestia, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə yaxalanıblar. Onlardan biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana qaçmağa cəhd edərkən saxlanılıb.

Saxlanılanların 4-ü “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun qardaşı və yaxınlarının adından vətəndaşlara hədə-qorxu gələrək birindən maşınını satmasını, digərindən isə 4 min lari pul tələb ediblər. Əks halda, vətəndaşlar və onların yaxınları ölümlə hədələnib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.


www.leqal.info

Teqlər: Lotu Quli, Gürcüstan

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI