G.Sayar bu vəziyyətin heç bir psixi halla bağlı olmadığını bildirir: “Bu, hansısa psixiatrik xəstəliklə bağlı deyil. Psixoz, zəka geriliyi kimi zehni fəaliyyəti pozan bir vəziyyətə aid deyil. Fərqində olmadıqları hamiləlikdən əlavə bu qadınlar gündəlik həyatlarını normal vəziyyətdə davam etdirirlər. Qadın kilo almır, bəzən menstruasiya da ola bilir. Uşağın bətndəki hərəkətlərini hiss etdikdə isə qadın bunun başqa səbəbi olduğunu düşünür. Bəzən qadın mədəsi qıcqırdığına görə müayinə olunduqda həkim də bunun hamiləlik ola biləcəyini ağlına gətirmir və bu halı gözdən qaçırır”.
Həkim deyir ki, “gizlənən hamiləlik” həm ana, həm də uşaq üçün riskdir. Hamiləlikdə lazım olan tibbi yoxlamaların olmaması, hamilə olduğunu bilməyən qadının pis qidalanması, spirtli içki, siqaret istifadə etməsi, doğuşun hazırlıqsız formada başlayıb uyğun olmayan şərtlərdə həyata keçməsi onların hər ikisi üçün böyük risk daşıyır: “Bütün bu təhlükəli tibbi vəziyyətlərlə bərabər, ananın və ətrafındakıların da verdiyi reaksiya təhlükəli ola bilər. Belə qadınlara tibbi və psixoloji yardım göstərilməlidir”.
Leqal.info