Leqal.Info

SON DƏQİQƏ

Mehriban Əliyeva Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını - təbrik edib

Mehriban Əliyeva Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını
31-10-2019, 17:06 36 683 dəfə baxılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

"Leqal.info"nun məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!"


www.leqal.info

Teqlər: Mehriban Əliyeva, UNESCO

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI