Leqal.Info

SON DƏQİQƏ

"Rafiq Hüseynovun səhhətində irəliləyiş yoxdur" - Həyat yoldaşı

2-09-2017, 15:34 339 dəfə baxılıb

"Rafiq Hüseynovun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur". Bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: "Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir".

Həyat yoldaşı əlavə edib ki, diktorun nitqində də problem yaranıb: "Danışmağa halı yoxdur, sanki yuxudadır. Mən söhbət etmək istəyirəm, amma o elə öz dediyini deyir. Xəstəxanada qalmaq istəmir, darıxır. Yemək də yemir. Avqustun 30-dan kateterlə qidalanır. Eyni zamanda oksigen maskasından da istifadə olunur”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI