Leqal.Info

SON DƏQİQƏ

10:50 - Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - Jurnalist

10:30 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB - FOTO

10:14 - Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır - Məhərrəm Əliyev

10:00 - Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi

09:39 - Milli inkişaf strategiyasının müəllifi

00:40 - Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm - Birinci vitse-prezident Mehriban Əliyeva

00:02 - Ümummilli lider Heydər Əliyevin vəfatından - 16 il ötür

22:19 - Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

22:18 - Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə - imza vərəqələri verildi

22:08 - MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini - çip oxuyan cihazlarla təmin edəcək

21:08 - Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib

21:01 - Bakıda övladlarına işgəncə verən valideyn - həbs edildi

20:53 - “EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

19:00 - "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb" - Səməd Qurbanov

18:43 - Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlarını ölkə iqtisadiyyatına fəal şəkildə - sərmayə yatırmağa çağırdı

Nobel Komitəsində mükafata namizədliyi qeydiyyata alınan - AZƏRBAYCANLI QADIN

Nobel Komitəsində mükafata namizədliyi qeydiyyata alınan
27-01-2018, 22:34 17 905 dəfə baxılıb

Sona xanım Vəlixanın adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan bir ziyalı kimi həkk olunub. Onun elmi araşdırmaları, tibb sahəsindəki fəaliyyəti Nobel Komitəsinin də diqqətini cəlb edib.

Leqal.info Modern.az-a istinadən Azərbaycanın şöhrətli ziyalı xanımı Sona xanım Vəlixan haqqında yazını təqdim edir.

Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub.

1946-1960-cı illərdə Sona xanım Vəlixan Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi öz elmi fəaliyyətini bu qurumda davam etdirib.

Gərgin elmi fəaliyyəti sayəsində onun 60-dan artıq elmi əsəri, o cümlədən 2 monoqrafiyası tibb elminə öz töhfələrini verib.

Pedaqoji fəaliyyətinin əsas hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr edən Sona xanımın rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilib.

Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb, beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib.

Ən başlıcası isə Sona xanım Vəlixanın “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətinin özünə cəlb edib və onun mükafata namizədliyi qeydiyyata alınıb. Məlum olduğu kimi 2-ci dünya müharibəsi zamanı Nobel Komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona xanım Vəlixanın elmi işi Nobel Mükafatına layiq görülməkdən məhrum olub.

Əslən Qazax rayonundan olan Sona xanım Vəlixanın atası İbrahim Rəhimov da tanınmış tibb mütəxəssislərindən biri sayılıb. O, Moskva və Vyana Universitetinin tibb fakültəsində təhsil almış ilk azərbaycanlı həkim-psixiatr olub.

Atasını yolunu davam etdirən Sona xanım Vəlixan tibb sahəsində bir çox yeniliklərə imza atıb. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunub ki, bu da tibbin oftalmologiya sahəsində göz xəstəliklərinin aradan qaldırılmasında böyük rol oynayıb.

Sona xanım Vəlixan elmi-tibbi fəaliyyəti ilə yanaşı, həm də fəal ictimaiyyətçi olub. O, bir ziyalı xanım kimi həmişə cəmiyyətin arasında böyük nüfuza sahib olaraq tükənməz enerjisi ilə böyük maarifləndirici işlər aparıb. Qayğıkeşliyi, vətən təəsübü, elinə-obasına bağlı olan bir insan kimi minlərlə insana nümunə olub.

Əməkdar elm xadimi, professor Sona xanım Vəlixanın elmi və ictimai fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib, o, mütəmadi olaraq orden və medallarla təltif olunub.

Tarixə iz qoymuş Sona xanım Vəlixanın həkim kimi çalışdığı ilk illərə aid materialların bir qismi - 1910-20-ci illərə aid oftolmoloji alətlər - ştempel, şpris, pinset, sıxac Milli Azərbaycan Tarixi Muzeyin ekspozisiyasının ikinci mərtəbəsində nümayiş oılunur, bir qismi isə muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur.

Sona xanım Vəlixan 1982-ci ildə 99 yaşında vəfat edib.


www.leqal.info

Teqlər: Nobel Komitəsində mükafata namizədliyi qeydiyyata alınan AZƏRBAYCANLI QADIN

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI