Leqal.Info

SON DƏQİQƏ

Bakıda “Bayramlar gözəli, Novruz bayramı” konserti keçiriləcək

Bakıda “Bayramlar gözəli, Novruz bayramı” konserti keçiriləcək
20-02-2018, 14:25 26 787 dəfə baxılıb

Martın 24-də Heydər Əliyev Sarayında “Bayramlar gözəli, Novruz bayramı” adlı bayram konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar.

Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu, musiqili qonaqların çıxışını və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, "APA Holding" konsertin informasiya dəstəkçisidir.


www.leqal.info

Teqlər: bayrami, Bayramlar, gozeli, kechirilecek, konserti, Novruz, Bakida

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI