Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçirilir.

“Qafqazinfo” xəbər verir ki, yeni baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.

Qeyd edək ki, İTV-nin baş direktoru postuna yeddi namizəd var: Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu.

***

Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin yeni baş direktoru seçilib.

Xatırladaq ki, mayın 11-də B.Qasımovun İctimai Televiziyanın yeni baş direktoru seçilməsi ilə bağlı xəbər yayılsa da, Milli Televiziya və Radio Şurası xəbəri təkzib etmişdi.

İTV-nin baş direktoru seçilənə qədər o, Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Balakişi Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.