Leqal.Info

SON DƏQİQƏ

21:24 - Milli Məclisin deputatı Yevda Abramov - vəfat etdi

18:40 - Hesablama Palatası DSMF-də yoxlama apardı

17:27 - Gömrük-sərhəd keçid məntəqələrində "Elektron növbə" layihəsinin tətbiqinə başlanılıb

14:24 - Habil Vəliyev azadlığa buraxılıb

12:10 - Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək - YAP-ın sədr müavini

11:43 - YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək - Əli Əhmədov

23:48 - Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır - Azərbaycan Prezidenti

23:43 - Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar - Prezident

23:37 - Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır - Prezident İlham Əliyev

20:00 - Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib - Ekspertlər

18:18 - Prezident İlham Əliyev Şamaxıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

17:27 - Prezident Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayırdı - SƏRƏNCAM

16:56 - YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırır - Əli Əhmədov

16:37 - Prezident Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi - SƏRƏNCAM

16:07 - Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək - Sona Əliyeva

Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır

Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
17-11-2018, 13:31 41 874 dəfə baxılıb

Noyabrın 21-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılacaq.

Fonddan Leqal.info-ya verilən məlumata görə, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə keçiriləcək.

Ekspozisiyanın konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunacaq.

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından təşkil ediləcək.

Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparacaq. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılacaq.

Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.

Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının yaşadılması və dünyada tanıdılması istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasını, Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının yaradılmasını, Nizami Gəncəvinin “Xəmsə”sinin yeni formatda – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarının Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını və digər layihələri qeyd etmək olar.


www.leqal.info

Teqlər: Heydər Əliyev Fondu, Yeddi Gözəl Sərgisi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI