Aktyor Leonardo DiKaprio ehtimal olunan korrupsiya faktı işi üzrə dindirilib.

Leqal.info "Report"a istinadən xəbər verir ki, aktyor qapalı rejimdə "Uoll stritdən olan canavar" filmini maliyyələşdirmək üçün istifadə olunduğu iddia edilən pulların yuyulması üzrə beynəlxalq sxemə qarşı aparılan "Malayziya işi" üzrə şahid qismində dindirilib.

KİV-in məlumatına görə, aktyor Vaşinqtonda həmçinin onun "Red Granite Pictures" prodüserlik şirkətinə təsir edən çoxmilyardlıq korrupsiya qalmaqalındakı rolu barədə ifadə verib. DiKaprionun ifadəsinin məzmunu açıqlanmır.

İstintaq DiKaprio Fondu ilə Malayziyanın suveren sərvət fondundan pul vəsaitlərinin oğurlanması sxemi arasında ehtimal edilən əlaqə ilə bağlıdır.