21:24 - Milli Məclisin deputatı Yevda Abramov - vəfat etdi
18:40 - Hesablama Palatası DSMF-də yoxlama apardı
17:27 - Gömrük-sərhəd keçid məntəqələrində "Elektron növbə" layihəsinin tətbiqinə başlanılıb
14:24 - Habil Vəliyev azadlığa buraxılıb
11:43 - YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək - Əli Əhmədov
23:48 - Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır - Azərbaycan Prezidenti
23:43 - Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar - Prezident
18:18 - Prezident İlham Əliyev Şamaxıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
16:56 - YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırır - Əli Əhmədov
16:37 - Prezident Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi - SƏRƏNCAM
Məşhur kinodramaturq Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq
Beynəlxalq Muğam Mərkəzində məşhur kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, fevral ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.
Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.
Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.