Bu gün Azərbaycanın ən iri teleşirkətlərindən biri Lider TV-nin fəaliyyətə başlamasının 19 ili tamam olur.

Lider TV 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb və həmin tarixdən etibarən müasir teleməkanın lidelərindən biri, həmişə hər bir Azərbaycan ailəsində maraqlı, rəngarəng, operativ, orijinal, ən arzu edilən qonaqdır.

Lider TV-nin əsas kriteriyaları xüsusi, peşəkar və müxtəlif verilişlərin hazırlanması, milli dəyərlərin, musiqinin, mədəniyyətin, incəsənətin, idmanın, ictimai həyatın təbliğ edilməsi, obyektiv və operativ informasiyanın ictimaiyyətin diqqətinə çatdırılmasıdır ki, bunun sayəsində tamaşaçılar Azərbaycan və onun hüdudlarından kənarda baş verən mühüm hadisələr haqqında tam məlumat əldə edirlər.

Lider TV-nin verilişləri geniş auditoriyaya hesablanıb, telekanalın layihələri isə həmişə müasir televiziyanın inkişafına yenilik gətirir. Çoxsaylı və maraqlı intellektual layihələr, istehsal etdiyi seriallar, uşaq və əyləncə verilişləri, idman verilişləri, informasiya buraxılışları və müxtəlif teleşoular çoxmilyonlu televiziya auditoriyası tərəfindən sevilir.

Trend İnformasiya Agentliyinin kollektivi Lider TV-də işləyən həmkarları təbrik edir, yaradıcılıq işlərində uğurlar, yeni nailiyyətlər arzulayır.