“Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam”.

Leqal.info xəbər verir ki, bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib.

O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.

“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək” – A. Xəlilov qeyd edib.