Bu gün Leqal.info saytının fəaliyyətə başlamasından 1 il ötür.

2016-cı il sentyabrın 30-dan onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Leqal.info ötən 1 il müddətində özünəməxsus imic formalaşdırmağı, geniş auditoriyaya sahiblənməyi bacarıb.

Tez bir zamanda oxucu kütləsi qazanmış sayt Azərbaycan mediasının dəyərli xəbər portallarından biri hesab olunur. İctimai fikrin formalaşdırılmasında ciddi rol oynayan Leqal.info fasiləsiz olaraq oxucularını informasiya ilə təmin edir.

Saytın peşəkarlardan ibarət kollektivi bundan sonra da müsahibələr, reportajlar müəllif yazılarının təqdimatını davam etdirəcək.

Növbəti illərdə də çalışacağıq ki, media aləmində operativ xəbər məhsullarımızla oxucularımızı yeni projelərlə tanış edək.

Leqal.info