Leqal.Info

SON DƏQİQƏ

16:03 - Gənc jurnalist Parlament Seçkilərində iştirak edəcək - Foto

21:24 - Milli Məclisin deputatı Yevda Abramov - vəfat etdi

18:40 - Hesablama Palatası DSMF-də yoxlama apardı

17:27 - Gömrük-sərhəd keçid məntəqələrində "Elektron növbə" layihəsinin tətbiqinə başlanılıb

14:24 - Habil Vəliyev azadlığa buraxılıb

12:10 - Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək - YAP-ın sədr müavini

11:43 - YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək - Əli Əhmədov

23:48 - Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır - Azərbaycan Prezidenti

23:43 - Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar - Prezident

23:37 - Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır - Prezident İlham Əliyev

20:00 - Prezident İlham Əliyevin parlamentin buraxılması barədə sərəncamı Azərbaycanın rifahına yönəlib - Ekspertlər

18:18 - Prezident İlham Əliyev Şamaxıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

17:27 - Prezident Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayırdı - SƏRƏNCAM

16:56 - YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırır - Əli Əhmədov

16:37 - Prezident Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi - SƏRƏNCAM

“Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunmalıdır” - Əflatun Amaşov

“Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunmalıdır”
10-03-2018, 18:00 40 000 dəfə baxılıb

“Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”.

Leqal.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib. O bildirib ki, cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur: “Məhz buna görə bəziləri bizi tənqid edir. Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.

Ə. Amaşov Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız - hesabsız işlərin olduğunu diqqətə çatdırıb: “Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi - texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.

Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır.


www.leqal.info

Teqlər: Əflatun Amaşov: “Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunmalıdır”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI