Martın 15-də Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayan “Real TV”də aparıcının “Mir Şahinin vaxtı” adlı proqramı yayımlanır.

“Qafqazinfo”nun məlumatına görə, verilişin növbəti buraxılışı xaricdə Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirən, müxtəlif aksiyalar təşkil edən, anti-Azərbaycan mövqeyi sərgiləyən insanlara həsr olunub.

Tanınmış jurnalist həmin şəxsləri olduqca sərt tənqid edib:

“Ən gülməlisi bilirsiniz nədir? Bəşəriyyətə Hitleri verən bir ölkənin ərazisindən Azərbaycana diktatura ittihamı gəlir. Potensial avtobus sürücüsü Niderlandın o boyda krallığında oturub “Ay aman, qoymayın, Azərbaycan krallıq olur!” deyə qəhvə şivəlik salır. 203 ildir ki, krallığın idarə etdiyi ölkədə e! Ağlınıza keçə yamayım! Respublika Azərbaycanına kral Niderlandını nümunə gətirirsiniz, məntiqsiz köpük uşağı! Əgər Azərbaycan da öz müstəqilliyinin 203 illiyini elə Krallı Niderland kimi qeyd edə biləcəksə, qoy etsin!”.

Həmin videoreportajı olduğu kimi təqdim edirik:

VİDEO