Leqal.Info

SON DƏQİQƏ

MTRŞ: Qanunsuz kabel televiziyası ilə bağlı pozuntular hələ kifayət qədərdir - ÖZƏL

MTRŞ: Qanunsuz kabel televiziyası ilə bağlı pozuntular hələ kifayət qədərdir
31-07-2018, 11:49 71 511 dəfə baxılıb

Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir.

Bunu özəl olaraq Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, hələki bu sahədə pozuntular kifayət qədərdir:

"Düzdür, Azərbaycanda inkişaf getdikcə bu sahədə də pozuntular azalır. Artıq tikinti sahibləri özləri də başa düşürlər ki, binalarda qeyri-qanuni kabel televiziyalarının yayımlanmasındansa, qanuni şəkildə yayımlanması daha doğru olardı. Çünki qanuni kabel televiziyalarının olması orada yaşayan əhali üçün də bir üstünlükdür. Ona görə də, onlar da getdikcə qanun pozuntularını azaldırlar. Dəqiq rəqəm deyə bilmərik, ancaq bu sahədə pozuntular kifayət qədərdir".

MTRŞ-nın qanunsuz kabel televiziyaları ilə bağlı hüquq mühafizə və vergi orqanlarına müraciətinə toxunan N.Məhərrəmli bildirib ki, müvafiq orqanlar tərəfindən qanunsuz hallara qarşı tədbirlər görülür:

"Müraciət etmişik, ancaq hansı tədbirlərin görülməsi barədə bizə məlumat verilməyib. Burada ictimaiyyət də diqqətli olmalı, kabel televiziyasına qoşularkən onun qanuni və ya qanunsuz olduğunu müəyyən etməlidir".


www.leqal.info

Teqlər: MTRŞ: Qanunsuz kabel televiziyası ilə bağlı pozuntular hələ kifayət qədərdir (ÖZƏL)

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI