Bu gün “Gündəlik Bakı” qəzetinin 11 yaşı tamam olur. Daim şikayətçilərin probleminə həssaslıqla yanaşan, dövlət və dövlətçiliyin inkişafında yorulmaz fəaliyyət ortaya qoyan mətbuat orqanı 2007-ci il sentyabrın 18-dən nəşr olunmağa başlayıb.

Qeyd edək ki, qəzetin baş redaktoru Habil Vəliyev hazırda həbsdədir. Baş redaktorun həbsi ilə bağlı qəzetin nəşrində fasilə yaranıb. Yaxın vaxtlarda qəzetin fəaliyyətinin bərpa olunacağı gözlənilir.