Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb.

Bu barədə “Report”a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.

O bildirib ki, Şuranın sədr müavini Qafar Cəbiyev və Şura üzvü Əlvan Ağayevin səlahiyyət müddəti bu il martın 1-də bitib.

Hər iki şəxs Şura kollektivi ilə vidalaşıb.

MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında yeni sədr müavini seçiləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı Şuranın üzvləri təyin olunublar.
MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb