Leqal.Info

SON DƏQİQƏ

18:29 - Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanıldı

17:37 - Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edildi - “E-Təbib”-dən AÇIQLAMA

17:07 - BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

14:10 - Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürüldü

21:51 - Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür - Türkiyənin Səhiyyə naziri

21:43 - Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır - Qənirə Paşayeva

21:24 - ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

21:14 - Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başlayıb

21:03 - Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü - RƏSMİ

19:30 - Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi - FOTO

19:18 - Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanılıb

19:04 - Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanıldı

18:35 - Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəldi - RƏSMİ

15:55 - Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələndi - FOTO

15:00 - Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edilib - FOTOLAR

"Özəl televiziyalar ictimaiyyətin gözündə aşağı səviyyəli kimi görünür" - MTRŞ sədri

18-04-2019, 16:03 50 205 dəfə baxılıb

"Teleseriallardakı ailələr ölkəyə xas deyil, ssenari müəlliflərinin xəyalında olan ailələrdir"

“Televiziya və ya radio yayımı sahəsində hər hansı bir qanun pozuntusu qeydə alınanda Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən bunun qarşısı qətiyyətlə alınır”.

Leqal.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, keyfiyyəti müəyyən qədər aşağı olan verilişlərdə bir çox hallarda qanunvericiliyin tələbləri pozulmur, sadəcə, həmin verilişlər çox aşağı səviyyəlidir: “Bu da başqa məsələdir. Yəni bayağı, şit verilişlər qanun pozuntusu deyil. Bu kimi verilişlər bir çox özəl kanallarda mövcuddur. Təəssüf ki, bəzi özəl kanallarda bu məsələlər qalır və əhalinin haqlı narazılıqlarına səbəb olur”.

N.Məhərrəmli qeyd edib ki, özəl televiziya kanallarının əsas məqsədi kommersiya marağıdır: “Azərbaycanda kifayət qədər digər televiziyalar var ki, onlarda şou xarakterli verilişlər yoxdur. Bura AzTV, Mədəniyyət kanalı, İTV, ARB 24, CBC peyk kanalı aiddir. Təəssüf ki, insanlarımız şou xarakterli verilişlərə daha çox önəm verdiklərindən xoşagəlməyən hal olanda da, dərhal reaksiya verirlər. Əgər bu tip verilişlər əhalinin xoşuna gəlmirsə, təbii ki, onlar həmin tip verilişlərdən uzaq olmalıdırlar”.

MTRŞ rəhbəri vurğulayıb ki, ictimaiyyətin gözündə özəl televiziya kanalları aşağı səviyyəli kanallar kimi görünür: “Halbuki özəl telekanallarda 24 saat efirin çox cüzi hissəsi şouya ayrılır. Digər 18 saat başqa verilişlərə ayrılır. İstəyimiz odur ki, televiziya və radiolar tələb olunan qaydalara əməl etsinlər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşsınlar”.

“Mütəmadi olaraq televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqlarımızı onlara bildiririk. Qeyd edirik ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir. Lakin, təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq və real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. “Bacanaqlar”, “Qız atası”, “Ay-ay-ay”, “Xalxın evi” və s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil və onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”.


www.leqal.info

Teqlər: Nuşirəvan Məhərrəmli, MTRŞ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI