"Həkimlərə təşəkkür edən, evdə qal deyən ilk mən oldum. Amma tez də sildim. Paylaşımlarımı İnstaqramda çox saxlamağı xoşlamıram".

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "X maqazin"ə açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə başına gələnlərdən bəhs edib:

"İzləyicilər elə şeylər yazırlar ki... Deyirsən, paylaşım elə qalmasa yaxşıdır. Etdiyim yardımları da paylaşmadım. Bir pərəstişkarımın görüntüsünü qoydum, nələr yazdılar. Nə bilirsiz ora necə getmişəm? Bir müğənni ilə foto qoyuram, girib onu təhqir edirlər. Onu təhqir etmək istəyirsən, get onun səhifəsində yaz".

Oğullarından danışan İzzət "Evdə üç oğlan uşağıdır. Bütün günü evdə bir oyun çıxarırlar: qışqırırlar, oynayırlar, dalaşırlar. Məvbur dözürsən. Başqa vaxt olanda pencəyini götürüb çıxırsan ki, gedim hava alım" sözlərini söyləyib.

Müğənni vergi ödəyicisi olduğu üçün dövlətdən aldığı yardıma görə onu təhqir edənlərdən danışıb:

"Müğənniyəm, VÖEN-im var və vergi ödəyicisiyəm. Karantin günlərində dövlətin vergi ödəyənlərə yardımı çərçivəsində mənim də payıma 250 manat düşüb. Paylaşdım sosial şəbəkədə. 1 saatın içində ona 2 min şərh gəldi. Ondan 1998 nəfəri məni tənqid etdi: buna niyə vermisiz, pulunu balta kəsməz, var-dövləti. Şoka düşdüm".