"Biz "Eurovision"da Avropa stilində mahnılar oxumağa məcburuq, çünki özümüzü orada göstəririk. Ancaq burada o tipli mahnıları bəyənmirlər".

Leqal.info xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Addım" Gənclər təşkilatının canlı yayımında deyib.

O, hazırda çox bəyəndiyi ifaçıların adını açıqlayıb:

"Diana Hacıyeva, Səmra, Samir Cavadzadə, Elnur Hüseynovu çox bəyənirəm".

Müğənni bayağı ifaçılar haqda fikirlərini isə belə ifada edib:

"Qısa zamanda İnstaqramda, "Youtube"da trend olurlar. Amma onlar televiziyada, böyük konsertlərdə, dövlət tədbirlərində ola bilməzlər. Pul ödəyirlər, hər yerdən reklamları çıxır. Azərbaycanı heç yerdə təmsil edəsi deyillər. Onları böyük tədbirlərə dəvət etməyəcəklər. Çünki hələ o səviyyəyə çatmaqlarına çox var". (Milli.Az)