"Sosial şəbəkədə biz məşhurlara nələr yazırlar: bu nə evdir yaşayır, nədir edir. Anamla mən 40 kvadratmetrlik evdə yaşamışıq. Özü də başqa bir ailə ilə birlikdə. Hər dəfə evdən çıxanda deyirdim ki, bu nə yaşayışdır? Gün gələcək hər şeyi düzəldəcəm, bu günləri yada salacam".

Leqal.info
bildirir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev İnstaqramda canlı yayımda deyib. Sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən, həyatından bəhs edib:

"Mən də istəyərəm xaricdəki məşhurlar kimi bağ evləri, maşınlar alım. Amma yaşayışımdan şikayət etmirəm. Məni səhnəyə gəldiyim gündən izləyən insanlar bilir ki, işləmişəm. Heç kimə mənfi enerji ötürməmişəm. Sevmirəm şikayət edim ki, filan şeyim yoxdur. Allah qismət edəcək, əsas can sağlığıdır". (Milli.az)