Müğənni Elnur Hüseynov Xalq artisti Aygün Kazımovanın qızı ilə duet ifa edib.

Leqal.info xəbər verir ki, bu barədə duet ortaqları instaqrmada özləri məlumat verib.

Bildirilib ki, “Dəniz ver” adlı kompozisiya sabah axşam saat səkkizdə dinləyicilərin ixtiyarına veriləcək.

Mahnının musiqisi və sözləri “Erkinlove” ləqəbli musiqiçiyə aiddir.