Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton 3-cü dəfə ana olmağa hazırlaşır.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu barədə krallığın rəsmi Tvitter səhifəsində yazılıb:

“Kembric hersoqu və hersoginyası Keytin 3-cü dəfə hamilə olması xəbərini verməkdən şaddır. Kraliça və bütün ailə üzvləri bu xəbərə görə çox sevinir”.

Daha əvvəlki hamiləliyində yüksək toksikozdan əziyyət çəkən Keyt bütün rəsmi tədbirlərdə iştirakdan imtina etmişdi. Onun bu dəfə də belə bir qərar alıb-almayacağı bilinmir.

Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, Şarlotta adlı 2 yaşlı qızı var.
Keyt Middlton 3-cü dəfə ana olacaq