Xalq artisti Nisə Qasımova "Yalandır dünya" adlı mahnısını yeni versiyada hazırlayır.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, müğənni "Lider maqazin"ə açıqlamasında bildirib ki, gənc reperlə duet oxuyub:

"Qara Dərvişlə duet oxumuşam. Onun şəxsiyyətini, iş prinsipini bəyəndim. İşlərimiz davamlı olacaq. "Yalandır dünya"nın klipi çəkirik. Hamı deyə bilər ki, artıq klip çəkilmişdi. İndiki mahnının rok versiyasıdır".

N.Qasımova klipinə özü rejissorluq edir.