Aparıcı Nuran Hüseynov yenidən müalicəyə yollanıb.

Leqal.info axşam.az-a istinadən bildirir ki, o, bu dəfə Avstriyada müayinə olunacaq. Bu haqda aparıcının özü xəbər verib.

"Bir az mülaicə almaq vaxtı gəldi çatdı. Avstriyanın paytaxtı Vyana şəhərində yaşayan Arzu Quliyeva mənim müayinəm və müalicəm üçün hər şey etdi" deyə, hacı Nuran bildirib.

Qeyd edək ki, Hacı Nuran uzun müddətdir xərçəngdən əziyyət çəkir.