“Bütün meyxanaçılar mənə qarşı qruplaşmışdı. Onlarla tək mübarizə apardım”.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “5/5” verilişinə açıqlamasında deyib.

Sənətçi bildirib ki, musiqili meyxana oxuduğu üçün bir vaxtlar bütün həmkarları ona qarşı çıxıb:


“Bir meyxanaçı radioda veriliş aparırdı. Hətta verilişinin musiqisini də musiqili meyxana etmişdi. Mənim digərlərindən fərqim odur ki, uzaqgörənəm. Bütün meyxanaçılara böyük rəqib idim. Tək qalmışdım, hamı üzərimə qalxmışdı. Tək meyxanaçılarla mübarizə apardım. O zaman mənə qarşı hamısı qruplaşmışdı. İndi amma yoxdur, xətirlərini çox istəyirəm. Mənimlə bacarmadılar, bacara bilməzlər".