Xəbər verdiyimiz kimi, "Xanımlar və cənablar" devizi altında yayımlanan “Maşın” şou sona çatıb və qalib müəyyən olunub.

Leqal.info-nun Axşam.az-a istinadən məlumatına görə, bu müğənni Talıb Taledir.

Belə ki, finala qalan 3 iştirakçıdan ilk olaraq əlini maşından aparıcı Vüsalə Əlizadə götürüb, ötən gecə isə müğənni Xatun da mübarizəni davam etdirə bilməyib.

Odur ki, "Maşın"ın bugünki final gecəsində avtomobilin açarları finalçı Talıb Taleyə təqdim olunub.